10.04.2014. - "Biz Rusiyaya dərs verməsək..."-Rəsmi Vaşinqton

10.04.2014. -  "Biz Rusiyaya dərs verməsək..."-Rəsmi Vaşinqton "Rusiya ilə danışıqlardan müsbət nəticə gözləmək doğru deyil. Bununla belə, rəsmi Moskva ilə diplomatiya qapılarını açıq saxlamaq lazımdır".

Amerika Birləşmiş Ştatlarının Avropa və Avrasiya işləri üzrə dövlət katibi köməkçisi Viktoriya Nuland Ukraynada yaşanan gərginliklə bağlı münasibətində bu cür açıqlama verib.

Nuland qeyd edib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə münasibətlərinə aydınlıq gətirməlidir.

"Ukraynadakı hadisələr hər kəs üçün həyəcan siqnalıdır. Biz Rusiyanın bu hərəkətlərini cəzalandırmasaq, son 40 ildə azad ölkələr kimi sahib olduğumuz dəyərləri riskə atmış olacağıq" - deyə Nuland fikrini ifadə edib.






Fikirlər