03.03.2014. - Bunlar Rusiyaya baha başa gələcək!
Bizimyol.info-nun CNN kanalına istinadən verdiyi xəbərə görə, senator Con Makkeynin başçılıq etdiyi qrup Obamadan tələb edib ki, Rusiya qoşunlarının Ukrayna ərazisində daha dərinə getməsini önləsin. Onlar Obama qarşısında məsələ qaldırıblar ki, Putinə öz əməllərinin doğura biləcəyi ağır nəticələr barədə xəbərdarlıq etsin. Onların fikrincə, Putini başa salmaq lazımdır ki, bu hərəkətlər Rusiyaya baha başa gələcək.
***
Bizimyol.info "Huffington Post" onlayn qəzetinə istinadən xəbər verir ki, Ukraynanın baş naziri Arseniy Yetsenyuk Kremldən quşunları geri çəkməyi tələb edib. O bildirib ki, hazırda hər iki tərəf "fəlakətin bir addımlığındadır".
***
Bu arada NATO üzvləri Rusiyaya qarşı tədbirləri müzakirə etmək üçün toplantı təyin ediblər. Həmçinin G8 ölkələri də Rusiyaya qarşı iqtisadi sanksiyalarla bağlı məsələnin müzakirəsi üçün bir araya gəlməyi planlaşdırırlar.