27.02.2014. - Yanukoviç tapıldı

27.02.2014. -  Yanukoviç tapıldıUkraynanın keçmiş prezidenti oğulları ilə Rusiyadadır.

AzerTaym.az rusiya və xarici ölkə mətbuatına istinadən xəbər verir ki, Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin Rusiyada olduğu məlum olub. Onun iki oğlu da yanındadır. Bu barədə Ukraynanın hüquq-mühafizə orqanları məlumat verib. Məlumata görə, Krıma gedərkən yolüstü Yanukoviç Donetskdə Rinat Axmetovun evində gecələyib. Krımda isə Pavl Lebedevin evində qalıb.

Rusiyaya Yanukoviç, kiçik oğlu ilə birgə dənizdən gəlib. Böyük oğlu isə maşınla, Donetsk sərhədini keçərək daxil olub.

Viktor Yanukoviçin artıq axtarışa verildiyi bildirilir.

Rusiya Duması Yanukoviçi hələ də Ukraynanın fəaliyyətdə olan prezidenti hesab edir. Bu barədə Dövlət Dumasının MDB ölkələri üzrə iş, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Slutskiy Krım səfərinin nəticələri ilə bağlı parlamentdəki çıxışında bildirib.






Fikirlər