24.02.2014. - Yanukoviç bağ evindən 650 milyon dollarla qaçıb – VİDEO

24.02.2014. -  Yanukoviç bağ evindən 650 milyon dollarla qaçıb – VİDEO
Ukrayna prezidenti Viktor Yanukoviçin Mejiqorod iqamətgahından qaçdığı anın videosu yayılıb. Qeyd edək ki, video prezident iqamətgahının təhlükəsizlik kameralarının yaddaşındakı kadrlar əsasında hazırlanıb.

AzerTaym.az” yerli və xarici KİV-ə istinadən xəbər verir ki, görüntülərdə Yanukoviçin iki helikopterlə qaçdığı məlum olur. Xatırladaq ki, daşınan çamadanlarda Yanukoviçin nələri apardığı bəlli deyil. Həmin anlar prezidentin bağ evinin təhlükəsizliyi üçün yerləşdirilmiş kameralar vasitəsilə lentə alınıb.
00:21 Ukraynada ən azı 80 nəfərin həyatını itirdikdən sonra Ali Rada tərəfindən istefaya göndərilən Viktor Yanukoviçin 650 milyon dollarla qaçdığı iddia olunur. Yanukoviçin Kiyevdən vertolyotla qaçdığı an təhlükəsizlik kameralarına əks olunub. Görüntülərdən göründüyü kimi bir neçə çamadanla Yanukoviç qaçıb və həmin çamadanlarda 650 milyon dollar olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik.







Fikirlər