26.01.2014. - Prezident meri vəzifəzindən azad etdi
Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev şəhər merini vəzifəsindən uzaqlaşdırıb.
AzerTaym.az Ukrayna mətbutına istinadən xəbər verir ki, Yanukoviçin sərəncamı ilə Kiyev şəhər dövlət administrasiyasının sədri Aleksandr Popov prokurorluğun qaldırdığı vəsadət əsasında tutduğu vəzifədən uzaqlaşdırıb.
Prokurorluq Kiyev merinə qarşı 30 noybar 2013-cü il tarixdə vətəndaşların konstitusion hüquqlarını pozmaqda şübhəli bilərək haqqında araşdırma aparır.
Prezidentin digər bir sərəncamı ilə Regionlar Partiyasından olan deputat Vladimir Makenko bu vəzifəyə təyin edilib.