Prezident yeni təyin olunan rektoru işdən azad etdi

Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev vəzifəsindən azad olunub.
Prezident yeni təyin olunan rektoru işdən azad etdi

Azertaym.az- xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru Y.Əliyev tutduğu vəzifədən azad olunub. Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.

Y.Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.

Azertaym.az--un əldə etdiyi məlumata görə, Yadigar Əliyev rektor vəzifəsinə bu ilin fevralında təyin olunmuşdu. O, kollektivlə yola gedə bilmədiyi üçün ərizə yazaraq vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, Y. Əliyev rektor olana qədər Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı işləyib. Dilçi alim, türkoloqdur. Filologiya elmləri doktorudur.






Fikirlər