Yevlax dünya şəhərləri siyahısına düşdü- 10:37, 9 yanvar 2014
Araşdırmanın nəticələrinə görə, ən bahalı şəhər Böyük Britaniyanın paytaxtı Londondur. Norveçin paytaxtı Oslo ikinci, İsveçrənin Cenevrə şəhəri üçüncüdür.
“Media forum” saytı bildirir ki, ilk onluqda qalan yeddi şəhər belə sıralanıb: Sürix (İsveçrə), Nyu-York (ABŞ), Lozanna (İsveçrə), Sinqapur, Paris (Fransa), San-Fransisko (ABŞ), Kopenhagen (Danimarka).
Rusiyanın paytaxtı Moskva siyahıda 62-ci yeri tutur. Ankara (Türkiyə) 152-ci, Kiyev (Ukrayna) 157-ci, Tehran (İran) 180-ci pillədədir.
Ən ucuz şəhər isə Venesuelanın paytaxtı Karakasdır (193-cü yer).
“Expatistan.com” saytı hesabata Azərbaycanın Yevlax şəhərini də daxil edib.
“Azadlıq” radiosu xəbər verir ki, hesabat 1600 şəhəri təmsil edən 200 min istifadəçidən alınmış məlumat əsasında hazırlanıb.