Azərbaycanı BMT-də təmsil edənlərdən biri Fuad Musayevin oğlu imiş...

Azərbaycanı BMT-də təmsil edənlərdən biri Fuad Musayevin oğlu imiş...Bakı şəhər Partiya Komitəsinin keçmiş I katibi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti Fuad Musayevin oğlu Tofiq Musayev Azərbaycanı xaricdə təmsil edən diplomat imiş.
Azertaym.az modern.az-a istinadən bildirir ki, Tofiq Fuad oğlu Musayev hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra 2003 - 2004-cü illərdə Böyük Britaniyanın tanınmış Esseks Universitetində magistr təhsili alıb. O, 2004 - 2008-ci ollərdə Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin sentyabrından isə Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinə təyinat alan Tofiq Musayev hazırda da burada çalışır. Peşəkar diplomat olan T.Musayev hazırda Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini vəzifəsini tutur.
Yeri gəlmişkən, Tofiq Musayevin həyat yoldaşı bir vaxtlar Azərbaycanın məşhur şahmatçısı olmuş beynəlxalq qrossmeyster Firuzə Vəlixanlıdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız. 19 yaşlı Ənvər, 14 yaşlı Fuad və 5 yaşlı Kamilla. Cütlük uşaqların ortancılına babası Fuad Musayevin şərəfinə Fuad adı verib.
Ötənlərdə ABŞ mətbuatına verdiyi müsahibəsində Firuzə Vəlixanlı həyat yoldaşı Tofiqlə İsveçdə tanış olduqlarını bildirib və evləndikdən sonra ərinin heç vaxt onun şahmat oynamağına, səfərlərə yollanmağına maneçilik törətmədiyini qeyd edib. O, ev qayğıları, uşaqların tərbiyəsi ilə məşğul olduğunu əsas gətirərək daha şahmata vaxt ayırmağa imkanının olmadığını bildirib.
Yeri gəlmişkən, 1938-ci il doğumlu Fuad Musayev yanvarın 11-də 76 yaşını qeyd edəcək.






Fikirlər