Mikayıl Cabbarov 20 Yanvar faciəsi ilə bağlı ƏMR verdi
Azertaym.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, əmrə əsasən, 10-18 yanvar tarixlərində 20 yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ali, orta ixtisas, ilk-peşə ixtisası və ümumtəhsil məktəblərində matəm mitinqləri keçirilməli, xüsusi qəzetlər, bülletenlər, stendlər, guşələr yaradılmalı, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, şagirdlərlə və tələbələrlə görüşlər, söhbətlər və mühazirələr təşkil edilməlidir.
Yanvarın 18-də təhsil müəssisələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərs keçiriləcək.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ilk peşə ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tabeliklərindəki təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib həyata keçirməlidirlər.