12.02.2014. - Timoşenko da Yanukoviçi teledebata çağırdı – (Yenilənib)

12.02.2014. -  Timoşenko da Yanukoviçi teledebata çağırdı – (Yenilənib)Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident Viktor Yanukoviçi teledebata çağırıb.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın müxalif “Batkivşina” partiyasının mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.

“Mən Viktor Yanukoviçə müraciət edirəm. Əgər o, debatlar istəyirsə, mən hazıram”, - deyə Y.Timoşenko vurğulayıb.

Sabiq baş nazir qeyd edib ki, onun üçün debatların harada keçiriləcəyi önəmli deyil. Buna görə də Y.Timoşenko variantlardan biri kimi hazırda müalicə olunduğu xəstəxanadan videokonfrans təşkil etməyi təklif edib.


12.02.2014. -  Timoşenko da Yanukoviçi teledebata çağırdı – (Yenilənib)


* * * 10:33

Müxalifətdə olan «UDAR» Partiyasının lideri Vitali Kliçko ölkə prezidenti Viktor Yanukoviçin teledebatında iştirak etməyə hazır olduğunu bildirib.

AzerTaym.az-ın lent.az-a istinadən məlumatına görə, müxalifət təmsilçisi özünün facebook səhifəsində yazıb: «Mən Yanukoviçlə televiziya debatında iştiraka hazıram. Ancaq bunun üçün o, kişi kimi bir addım atmalıdır. Ölkədə yaranmış ağır siyasi və iqtisadi vəziyyətə görə məsuliyyət daşıdığını etiraf etməli və istefa verməlidir».

Kliçko qeyd edib ki, bu debat prezident seçkisi kampaniyasında istənilən vaxt baş tuta bilər.

Xatırladaq ki, fevralın 11-də V.Yanukoviç Kliçko ilə ölkənin ümummilli televiziyalarından birində debata çıxmağa hazır olduğunu bildirmişdi.






Fikirlər