20.02.2014. - Ukraynada Avropa Liqasının oyunları keçirilməyəcək
Ukrayna prezidenti Viktor Yanukoviçin sərəncamına əsasən, 20 fevral tarixi ölkədə matəm günü elan olunub.
AzerTaym.az Rusiya mətbuatına istinadən bildirir ki, həmin sənəd ölkədə idman yarışlarının keçirilməsini də qadağan edir.
Eyni zamanda, UEFA həmin gün Kiyev, Dnepropetrovsk və Odessa şəhərlərində planlaşdırılan oyunların mütləq keçirilməli olduğunu qərara alıb.
Qeyd edək ki, həmin gün Ukraynada "Çernomorets" - "Lion, "Dinamo" - "Valensiya" və "Dnepr" - "Tottenhem" oyunları keçirilməli idi.