Poroşenko Rusiyaya müharibə elan EDƏ BİLƏR – SON dəqiqə

Image result for Poroşenko Rusiyaya müharibə elan EDƏ BİLƏR

Ukrayna prezidenti Pyotr Poroşenko ona ölkədə hərbi vəziyyəti elan etməyə icazə verən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” (Donbasın reinteqrasiyası - red.) qanunu imzalayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Ali Rada qanunu fevralın 18-də ikinci oxunuşda qəbul etmişdi.

Qanun layihəsi 2017-ci il oktyabrın 4-də Ukrayna parlamentinə şəxsən Poroşenko tərəfindən təqdim olunmuşdu. Sənəd prezidentə istənilən ərazilərə qoşun yeritməyə, istənilən dövrdə və qeyri-müəyyən müddətə silahlı qruplaşmaları tətbiq etməyə, həmçinin hərbi vəziyyəti elan etməyə icazə verir.

Qanuna əsasən, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi əraziləri “Rusiya Federasiyasının silahlı qruplaşmalarının nəzarəti altındakı işğal edilmiş ərazilər”, oradakı strukturlar isə “Rusiyanın işğal administrasiyası” adlandırılır. Deputatlar Luqansk və Donetsk “xalq respublikaları”nın terror təşkilatları kimi göstərilməsini təklif edən düzəlişi isə qəbul etməkdən imtina ediblər.

Sənəddə Rusiya rəsmən “işğalçı ölkə” kimi tanınıb. Bu, Kiyevə beynəlxalq məhkəmə instansiyalarına şikayət etməyə və kompensasiya tələb etməyə ixtiyar verir. “Pyotr Poroşenkonun Bloku” fraksiyasından olan deputat İrina Lusenko Rusiya işğalından zərəri və işğal edilmiş ərazilərin bərpası üçün tələb olunan vəsaiti 50 milyard dollar qiymətləndirib.

Qanun növbəti gün rəsmi mətbuatda dərc olunduqdan sonra qüvvəyə minəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə daha əvvəl Kiyevə xəbərdarlıq edib ki, Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın böyük səhvi olacaq.






Fikirlər