Saakaşvilinin səhvi təkrarlansa... – Putindən Kiyevə “gürcü ssenarisi” XƏBƏRDARLIĞI

Saakaşvilinin səhvi təkrarlansa... – Putindən Kiyevə “gürcü ssenarisi” XƏBƏRDARLIĞI

Fevralın 18-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzaladı.

Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd “beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması”dır. Daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk “xalq respublikaları”nın pasportlarını rəsmi olaraq tanımır.

Publika.az xəbər verir ki, politobzor.net saytı Kremlin Kiyevi gürcü ssenarisi haqqında xəbərdar etdiyini yazıb.

ABŞ-ın vitse-prezidenti Maykl Pens Münxen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, yalnız Rusiya Ukrayna böhranın həlli üçün əldə olunan “Minsk-2” razılaşmalarının icrası üçün məsuliyyət daşıyır. Avropalı həmkarlar Rusiyaya qarşı yeni sanksiyaların qəbul edilməsi və Krımın qaytarılması üçün çağırışlarla ABŞ-ın vitse-prezidentinin bəyanatına mehriban reaksiya verdilər.

Daha əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir. O qeyd edib ki, sanksiyalar barəsində Vaşinqtonun siyasəti dəyişməz qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi cavabında bildirdi ki, Moskva “öz əraziləri”ni qaytarmır. “Biz öz ərazilərimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”, - o vurğulayıb.

Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Ozerov söyləyib ki, Krımın geri qaytarılması mümkün deyil:

“Krım Rusiyanındır və o heç vaxt sövdələşmə predmeti ola bilməz. Amerikanın Krımı geri qaytarmaq tələbi bizim ABŞ-dan Alyaskanı istəməyimizə bənzərdi. Hər ikisini icra etmək mümkünsüzdür”.

Həm Trampa, həm də vitse-prezidentinə son cavabı fərman şəklində Putin verdi.

Ekspertlər Rusiya prezidentinin Donbasla bağlı son qərarını şərh edərkən 2008-ci ili yada salırlar.16 aprel 2008-ci il tarixində Rusiya XİN-i Rusiya prezidentinin “Cənubi Osetiya və Abxaziya ilə rəsmi əlaqələrin düzəldilməsinə dair hökumətə və əlaqədar rəsmi strukturlara müvafiq tapşırıq verdiyini” bəyan edib. Putinin tapşırığında Rusiya dövlət orqanlarının aşağıdakı vəzifələri yerinə yetirməsi nəzərdə tutulurdu:

1. Abxaziya və Cənubi Osetiyanın müvafiq orqanları ilə əməkdaşlıq edilməsi,

2. İqtisadi, ticari, elmi və mədəni sahələrdə Rusiyanın regionlarının da bu əməkdaşlıq prosesində iştirakının təmini,

3. Abxaziya və Cənubi Osetiyanın fiziki şəxslərə verdiyi sənədlərin siyahısını hazırlamaq və bu sənədlərin Rusiya tərəfdən qanuni sayılması,

4. Abxaziya və Cənubi Osetiyanın qanunları çərçivəsində tanınmış hüquqi şəxslərinin Rusiya tərəfindən tanınması,

5. Vətəndaş, ailə və cinayət işlərində Abxaziya və Cənubi Osetiyaya hüquqi yardım göstərilməsi,

6. Lazım olduğu təqdirdə Rusiya XİN-in orqanlarının Abxaziya və Cənubi Osetiyaya konsulluq xidməti göstərməsi.

Bu Rusiya tərəfindən gözlənilən bir addım idi. Gürcüstana tərəfindən xarici işlər naziri David Bakradze Rusiyanın bu addımına sərt reaksiya verərək və hələ Rusiyadan bu barədə heç bir rəsmi sənəd almadıqlarını bildirərək bu hərəkətin Gürcüstanın iki əyalətinin ilhaqı adlandıraraq, beynəlxalq hüqüqi normaların və Gürcüstanın ərazi butövlüyünün pozulması kimi qiymətləndirdi. Abxaziya “prezidenti” isə Rusiyanın bu addımını alqışladıqlarını və ədalətin yanında olduğu üçün rəsmi Moskvaya minnətdar olduqlarını açıqladı.

Öz-özlüyündə Gürcüstana qarşı ərazi iddialarına heç bir işarə yox idi, Rusiya prezidenti indiki kimi “hamının qəbul etdiyi prinsiplər və beynəlxalq humanitar hüquq normaları”nı rəhbər tuturdu.

Amma Rusiya prezidentinin bu fərmanını avqustdakı müharibə izlədi. Beşgünlük müharibə Gürcüstanın tam məğlubiyyəti ilə nəticələndi. Daha sonra isə Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı.

Ukrayna Milli Təhlükəsizlik Şurası Katibi Turçinov Putinin Donbas separatçıları ilə bağlı verdiyi qərarı şərh edərək Moskvanın bununla da “Minsk-2” prosesindən çıxdığını bildirib. Donbas separatçıları ilə Putinə minnətdarlıq etdi.

Gürcü ssenarisi Ukraynada təkrarlanacaqmı? Ekspertlər bunu tamamilə real hesab edirlər. Onların fikrincə, hər şey Kiyevin sonrakı davranışlarından da asılı ola bilər. Ukrayna prezidenti Pyotr Poroşenko da Mixail Saakaşvilinin səhvini təkrarlasa (Gürcüstan ordusu 2008-ci il avqustun 8-də gecə saatlarında itirdiyi ərazilərini qaytarmaq üçün Sxinvali üzərinə hücuma keçdi – red.) gürcü ssenarisi qaçılmaz ola bilər.






Fikirlər