06.06.2014.- "ABŞ azadlığı müdafiə etmir" Washington Post
Putin tərəfdarları Luqansk və Donetsk vilayətlərində nəzarəti gücləndirir. Poroşenko seçildikdən sonra isə, münaqişə daha da dərinləşir. Lakin, Putin, yaratdığı gərginlik və aqressiyaya görə, hələ də lazımı qədər cavab verməyib – Avropa və ABŞ-ın tətbiq etdiyi sanksiyaların, heç bir təsiri yoxdur. Bu həftə ərzində, Vladimir Putin bütün şayiələrə baxmayaraq, Fransa, Britaniya, Almaniyaya gələrək, yerli mətbuata müsahibələr verir, Avropa və ABŞ rəhbərliyinin “yalanını ifşa edir”. Obama isə “Rusiya ilə mülayim münasibətlərin qorunub-saxlanılması” haqqında danışır. Hətta yaxın aylarda Moskva ilə “müəyyən qədər etibarın bərpa olunacağına” ümid edirmiş. Beləliklə, Putin Ukraynanın şərqində hərbi qüvvələrini yerləşdirir, Krımı əlində saxlayır. Yetərli heyətdə rus hərbiçiləri isə hələ də Ukrayna ilə sərhəddə olduğu kimi qalır.
Həmin sərhəddən də silah və silahlıları ötürür. Ancaq Avropa liderləri Rusiya rəhbərinə qarşı loyal münasibəti davam etdirir, yenicə prezident kürsüsünə əyləşən Poroşenkonu isə Kremlın istəklərini yerinə yetirmək üçün yol axtarmağa sövq edir. Bəs Obamanın Vrşavada tərif etdiyi azadlıqlar? Barak Oabama və onun qərbli həmkarları Putini həqiqətən məyus edə biləcək addımları atmaqdan çəkinirlər. Obama Polşada əlavə hərbi manevrlərin keçirilməsi üçün əlavə 1 milyard dollar ayırmaq barədə təşəbbüs irəli sürür, lakin Polşanın ölkə ərazisində NATO və ABŞ hərbi bazalarının yerləşdirilməsi haqqında təklifini cavabsız qoyur. Ötən həftə ərzində Obama və Merkel yeni şərt irəli sürür: Putin Poroşenko hakimiyyətini tanımalı, onunla danışıqlara başlamalı, Rusiyadan Ukraynaya silah daşınmasının qarşısını almalıdır.
Eyni zamanda, Putindən rusiyameyilli qüvvələrini silahsızlaşdırmaq tələb olunur. Əks təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunacaq. Şübhəsiz ki, ötən dəfə hədələr addımlarla təsdiqlənmədiyi üçün, Putin bu dəfə səslənənləri də ciddiyə almayacaq. O, Ukraynada vəziyyətin gərginləşməsi və müstəqilliyin zəifləməsinə istiqamətlənmiş strategiyasından əl çəkmədi. Niyə də əl çəksin? Qərb ki, özünü qərarsız göstərir...