17.05.2014. - Obama yenə hədələdi

17.05.2014. - Obama yenə hədələdiABŞ prezidenti Barak Obama növbəti dəfə Rusiyanı sanksiyalarla hədələyib.

Obama bu barədə fransalı həmkarı Fransua Ollandla telefon danışığı zamanı deyib.
ABŞ prezidenti bəyan edib ki, Rusiya Ukraynaya qarşı siyasətini dəyişməyəcəyi təqdirdə, ABŞ bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Bununla yanaşı, Barak Obama Ukrayna hökumətinin azad və ədalətli prezident seçkiləri yolu ilə ölkəni birləşdirmək səylərini yüksək qiymətləndirdiyini deyib.






Fikirlər