Poroşenko HƏRBİ VƏZİYYƏT elan olunması barədə fərman imzalayıb – MÜHARİBƏYƏ HAZIRLIQ?
Ukrayna KİV-nin verdiyi xəbərə görə, prezident Pyotr Poroşenko ölkədə hərbi vəziyyət elan olunması barədə fərman imzalayıb. Bu barədə Ukrayna prezidentinin saytında xəbər verilir. Ukraynada hərbi vəziyyət noyabrn 26-dan yanvarın 26-a qədər davam edəcək. Baş qərargaha, ölkədə «qismən səfərbərlik tədbirləri görülməsi, ehtiyatda olan hərbi kardlarla tədris toplantıları təşkil etmək və həyata keçirmək barədə» tapşırıq verilib. Ukrayna təhlükəsizlik xidmətinə tapşırılıb ki, əks-kəşfiyyat, antiterror, əks-diversiya və informasiya təhlüksizliyi rejimlərini gücləndirsin, həm də ictimai asayişi və kritik infrastruktur obyektlərinin mühafizəsini təmin etsin. Hərbi vəziyyət yalnız Ali Rada tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Milli təhlükəsizlik və müdafiə şurası Azov dənizində yaşanan insidentdən sonra ölkədə hərbi vəziyyət elan edib. Qərar prezident seçkilərinə 1 ay qalmış qəbul olunub. Əslində bu, mahiyyət etibarilə tam miqyaslı müharibəyə hazırlıq deməkdir. Məlumat üçün bildirək ki, Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qadağan olunur.
Bundan başqa, Rusiya ilə dövlət sərhələrinin (o cümlədən, Krım rayonunda) qorunmasını gücləndirmək tapşırığı da verilib.