Əsas Səhifə > Dünya, Slayd > Jirinovskidən növbəti sayıqlama:
Jirinovskidən növbəti sayıqlama:7-10-2015, 20:28 |
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Krımda keçirilən Birinci Beynəlxalq Gənclik Mediaforumunda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, 1 yanvar 1917-ci ildə Rusiya imperiyasından ayrılan bütün dövlətlər qanunsuzdur. Jirinovski həmçinin rus xalqının bölündüyünü və milyonlarla rusun başqa dillərdə danışmağa məcbur edildiyini bildirib:
“Çarın qeyri-qanuni şəkildə devrilməsindən sonra Polşa meydana gəldi. Finlandiyanın müstəqilliyi isə SSRİ rəhbərliyi tərəfindən onlara verildi. Onlar bu qərarı vermək ixtiyarına sahib deyildilər”.
Geri qayıt |