Jirinovskidən növbəti sayıqlama: “Bütün ərazilər…
Rusiya imperiyası dövründə Moskvaya tabe olan bütün ərazilər geri qaytarılmalıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Krımda keçirilən Birinci Beynəlxalq Gənclik Mediaforumunda çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, 1 yanvar 1917-ci ildə Rusiya imperiyasından ayrılan bütün dövlətlər qanunsuzdur. Jirinovski həmçinin rus xalqının bölündüyünü və milyonlarla rusun başqa dillərdə danışmağa məcbur edildiyini bildirib: “Çarın qeyri-qanuni şəkildə devrilməsindən sonra Polşa meydana gəldi. Finlandiyanın müstəqilliyi isə SSRİ rəhbərliyi tərəfindən onlara verildi. Onlar bu qərarı vermək ixtiyarına sahib deyildilər”.