Rusiyadan Azərbaycana çağırış
Rusiya ordusunun keçmiş qərargah rəisi Yuri Baluyevski İŞİD-lə mübarizədə Azərbaycanın Rusiyaya qoşulmalı olduğunu bildirib.
Rusiya hərbçisinin bu sözləri hazırki məqamda Ukraynada təklənən Rusiya özünə yeni müttəfiq axtarışı fonunda məntiqli səslənir. Hələ ki, Rusiya qırıcıları bütün beynəlxalq etirazlara baxmayaraq, bir neçə gündür Suriya ərazisini təkbaşına bombalayır. Müttəfiqlik məsələsində Putinin ən böyük ümüdü keçmiş post-sovet ölkələrinədir. Bu dövlətlərdən yüzlərlə vətəndaş İŞİD və onun nəzarətində olan terror təşkilatlarına qoşulub. Rusiya bu səbəbdən İŞİD-lə mübarizədə postsovet ölkələrinin könüllü iştirak edəcəyinə böyük ümüd bəsləyir. ( anspress.com )