Azərbaycan yeni müharibə astanasında
Rusiyadan Azərbaycana İŞİD-lə mübarizəyə qoşulmaq çağırışı.
ANS PRESS-in məlumatına görə, Baluyevski Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan vəTacikistanın da İŞİD-lə mübarizə aparmalı olduğunu vurğulayıb: “Bu dövlətlər niyə İŞİD -lə mübarizədən kənarda qalmalıdır? Onlar bu terror təşkilatının məhv edilməsində Moskva qədər maraqlıdır.”
Rusiya hərbçisinin bu sözləri hazırki məqamda Ukraynada təklənən Rusiya özünə yeni müttəfiq axtarışı fonunda məntiqli səslənir. Hələ ki, Rusiya qırıcıları bütün beynəlxalq etirazlara baxmayaraq, bir neçə gündür Suriya ərazisini təkbaşına bombalayır. Müttəfiqlik məsələsində Putinin ən böyük ümüdü keçmiş post-sovet ölkələrinədir. Bu dövlətlərdən yüzlərlə vətəndaş İŞİD və onun nəzarətində olan terror təşkilatlarına qoşulub. Rusiya bu səbəbdən İŞİD-lə mübarizədə postsovet ölkələrinin könüllü iştirak edəcəyinə böyük ümüd bəsləyir.
Keçmiş post sovet ölkələrinin xəritəsi (1- Ermənistan, 2 - Azərbaycan, 3 - Belarus, 4 - Estoniya, 5 - Gürcüstan, 6 - Qazaxıstan, 7- Qırğızıstan, 8 - Latviya, 9 - Litva, 10 - Moldova, 11 - Rusiya, 12 - Tacikistan, 13 - Türkmənistan, 14 - Ukrayna, 15 - Özbəkistan)
Rusiyanın bu məslədə ümid etdiyi ölkələrin sırasında Azərbaycanında adının olması dünyanın ən güclü terror təşkilatını ölkəmizə qarşı qıcıqlandıra bilər. Hazırda regionda terrorun tüğyan etməyinə baxmayaraq, Azərbaycan sabitlik və çiçəklənmə dövrü yaşayır. Həmçinin, millət vəkili Zahid Oruc bildirir ki, hazırda Azərbaycan İŞİD-in hədəfi deyil: “Bundan başqa, İŞİD-lə Azərbaycan arasında məkan uzaqlığı var. Terrorçular bizim ölkəyə gəlib çatmaq üçün bir çox ölkələrdən keçməlidirlər. Digər tərəfdən, Azərbaycanda terrorçuluqla mübarizə ilə bağlı mühüm addımlar atılıb və qanunlar sərtləşdirilib.”
Zahid Orucun fikrincə, İŞİD-lə mübarizədə əyani iştirak etməmək də olar: “Sadəcə, bizim istəyimiz ölkəmizi hədəf seçən, xilafət qurduğunu elan etməklə Azərbaycanı da yaratdığı dövlətin ərazisinə daxil etmək istəyən, bizim vətəndaşları öz tərəfinə çəkməklə onların gələcəyinə zərbə vuran terrorçularla mübarizəyə müvafiq yardımları göstərməkdir."
Zahid Oruc - millət vəkili
Həm də Suriyada İŞİD-ə qarşı mübarizə apardığını iddia edən Putinin bu məqsədinə bəzi beynəlxalq dairələr, o cümlədən ABŞ rəsmiləri də inanmır. ABŞ Dövlət Deportamentinin sözçüzsü Djoş Ernest bildirib ki, “Rusiya qırıcılarının Suriya ərazisinə atdığı bombalar İŞİD-in nəzarət etdiyi ərazilərdən başqa hər yerə düşür”. ABŞ rəsmiləri iddia edir ki, Rusiya İŞİD-lə sözdə mübarizə aparır, əsil məqsədi isə ABŞ-ın Yaxın Şərqdəki mövqeyini zəiflətməkdir.
Rusiyanın Suriya ərazisindi bombaladıqdan sonra Homs şəhərindəki vəziyyət
Göründüyü kimi, iki super gücün dedikləri bu məsələdə üst-üstə düşmür. Amma millət vəkili Zahid Orucun fikrincə, Azərbaycan üçün İŞİD-ə hansı dövlətin zərbə endirməsinin elə də önəmi yoxdur: “İŞİD-ə Rusiyanın və ya ABŞ-ın hava zərbələri endirməsinin bizim üçün bir fərqi yoxdur. Azərbaycanın terrorçuluqla bağlı mövqeyi hər kəsə bəllidir. Əgər bu mübarizədə hansısa dövlət Azərbaycana təzyiqlər edilərsə ki, yox, sən mənim tərəfimdə durub terrorçuluqla mübarizə aparmalısan, deməli, burada əsil məqsəd terrorçuluqla mübarizə deyil. Sadəcə, nüfuz davasıdır”.
Bu nüfuz davasına Azərbaycanın qatılması heç də əlverişli sayıla bilməz. Bütün bunlar hansısa qüvvələrin Türkiyədən sonra ölkəmizi də terrorla sınağa çəkmək fikirində olduğunu ortaya qoyur. Çünki İŞİD terrorçularını bombalamaq üçün Azərbaycanın hava məkanından istifadə olunması barədə yayılan iddialar terror təşkilatının diqqətini birbaşa Azərbaycana çəkmək deməkdir. Artıq Qərb və rus mətbuatları Rusiya ordusuna məxsus “Tu-154” laynerinin müşayiəti ilə 6 “Su-34” bombardmançı təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etməklə Suriya ərazisinə keçdiyi barədə xəbərlər yayıb. Bu ölkələri KİV-ləri iddia edir ki, təyyarələr Rusiyanın Çeçenistan Respublikasının Mozdok şəhərində yerləşən hərbi bazasından səmaya qalxır. Qırıcıların uçuş marşurutunun Azərbaycan , Xəzər dənizi , İran və İraq üzərindən keçdiyi bildirilir.