“İŞİD dünyanın ən əzəmətli dini olan İslamı ləkələyir” - Putin
“İraq-Şam İslam Dövləti” (İŞİD) terror qruplaşması öz cinayətləri ilə İslamın mahiyyətini ləkələyir. AzNews.az Report-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun fikrincə, bu səbəbdən məhz müsəlmanlar terrorçularla mübarizədə maraqlı olmalıdırlar. Putin bildirib ki, Rusiya əsas iştirakçıları müsəlman ölkələri olan geniş beynəlxalq anti-terror koalisiyasının yaradılmasını təklif edir.
“Anti-Hitler koalisiyasında olduğu kimi, o da nasistlər kimi şər və insanlara nifrət toxumu əkənlərə qarşı qətiyyətli müqavimət göstərməyə hazır olan ən müxtəlif qüvvələri öz sıralarında birləşdirə bilər. Və, əlbəttə ki, belə koalisiyanın əsas iştirakçıları müsəlman ölkələri olmalıdır, axı İŞİD təkcə onlara birbaşa təhlükə yaratmır, o, öz qanlı cinayətləri ilə həm də dünyanın ən əzəmətli dini olan İslamı ləkələyir”, — deyə Rusiya prezidenti bildirib.