Əsas Səhifə > Dünya > Rusiyada aksiyalar yazadək dayandırılır
Rusiyada aksiyalar yazadək dayandırılır5-02-2021, 02:48 |
Yaxın bir neçə həftə ərzində Rusiyada genişmiqyaslı etiraz aksiyaları təşkil olunmayacaq. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Navalnı regional qərargah şəbəkəsi”nin rəhbəri Leonid Volkov sosial şəbəkədə yazıb: “Navalnının qərargah şəbəkəsi yaxın bir neçə həftə ərzində yeni ümumrusiya aksiyaları təşkil etməyəcək, amma bunu mütləq yazda edəcək”. Xatırladaq ki, yanvarın 23-də müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib və bu aksiyalar 31 yanvaradək davam edib. Fevralın 2-də məhkəmənin Navalnı ilə bağlı 3,5 illik həbs qərarından sonra da etiraz aksiyaları yenidən başlamışdı. Geri qayıt |