Rusiyada aksiyalar yazadək dayandırılır

Rusiyada aksiyalar yazadək dayandırılır

Yaxın bir neçə həftə ərzində Rusiyada genişmiqyaslı etiraz aksiyaları təşkil olunmayacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Navalnı regional qərargah şəbəkəsi”nin rəhbəri Leonid Volkov sosial şəbəkədə yazıb:

“Navalnının qərargah şəbəkəsi yaxın bir neçə həftə ərzində yeni ümumrusiya aksiyaları təşkil etməyəcək, amma bunu mütləq yazda edəcək”.

Xatırladaq ki, yanvarın 23-də müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib və bu aksiyalar 31 yanvaradək davam edib. Fevralın 2-də məhkəmənin Navalnı ilə bağlı 3,5 illik həbs qərarından sonra da etiraz aksiyaları yenidən başlamışdı.






Fikirlər