Rusiyada "Navaln İNQİLABIı" başlayıb: Etirazlar BÖYÜYÜR - FOTOLAR
Novosibrsk, Xabarovsk, Krasnoyarsk, Çita, İrkutsk və sair şəhərlərdə Rusiya Prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirilir. Eyni zamanda Aleksey Navalnının həbsdən azad olunması tələb olunur. Məlum olduğu kimi, yanvarın 13-də Aleksey Navalnı Almaniyadan Rusiyaya qayırtdı. Onun qayıdışı ərəfəsində Rusiya hüquq-mühafizə orqanları onu axtarışa vermişdi. Navalnı Moskvada hava linmanına enən kimi onu saxlayıb məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada azadlıqdan məhrum etdilər. Navalnı isə öz tərəfdarlarna müraciət edərək küçələrə çıxmağa çağırdı: “Mənim üçün deyil, özünüzü korrupsioner rejimdən xilas etmək üçün çıxın” demişdi. Eyni zamanda hökumətin mümkün aksiyalar əleyhinə gördüyü əks-tədbirləri də: “Putin xalqın etirazından qorxur” kimi şərh etmişdi. Aksiyaları Navalnı Fondunun yaydığı “Putinin sarayı” filmi də körüklədi; film Rusiyanın cənubunda – Qara dəniz sahilində yerləşən Gəlincik şəhərində Putinə məxsusluğu iddia edilən və 7000 hektar ərazidə yerləşən nəhəng malikanədən görüntülər və şərhlər yer alıb. Tikintiyə 1,35 milyard dollar xərclənib. Malikanənin yerləşdiyi ərazidən və içərisindən yüksək keyfiyyətlə çəkilmiş videokadrlar filmin Qərb xüsusi xidmətlərinin əl işi olduğu haqqında iddialara yol açıb. ABŞ-ın yeni – 46-cı prezidenti Cozef R. Baydenin andiçmə mərasimindən cəmi bir həftə əvvəl Aleksey Navalnının Rusiyaya qayıtmasını da təsadüfi saymaq olmaz. Bəzi analitiklər bunu “Baydenin ayaq səsləri” deyə şərh edirdilər. Yeni Ağ Ev Administrasiyanın sanksiyalarla təhdid etdiyi ölkələr arasında Rusiya hamıdan öndə gəlir. Co Baydenin seçkiqabağı çıxışlarından da Rusiya ilə münasibətlərin heç də asan olmayacağı bəlli olurdu. Bayden and içərək vəzifəsinin icrasına başlayandan dərhal sonra Rusiyanın ABŞ-da keçirilmiş 2020-ci il seçkilərinə müdaxiləsi versiyasını araşdırmaq və hesabat hazırlamaq barədə Milli Kəşfiyyat Agentliyinə tapşırıq verdi. Bu üzdən Rusiyadakı bu prosesləri də kəşfiyyat əməliyyatı kimi görənlər var. ABŞ-ın yeni prezidenti öz sələfi Donald Trampdan fərqli olaraq Rusiyaya qarşı sərt siyasət izləməyi düşünür və artıq göründüyü kimi ilk addımlarını atır. Bir çox analitiklər Rusiyada baş verənləri artıq “Navalnı inqilabı” adlandırmağa “tələsib”; Qərbin antiPutin inqilabına start verdiyini irəli sürürlər. Bəziləri də bu aksiyaları Putini devirmək üçün yetərli saymayıblar və fikirlərini əsaslandırmaq üçün Belorus seçkilərini və “Tixanovskaya inqilabı” cəhdinin uğursuzluğunu əsas gətirirlər. Bununla belə, Rusiya hakimiyyəti Navalnının qayıdışından, keçirilən aksiyalardan ciddi narahatlıq keçirdiklərini hiss etdirirlər. Blogerin inzibati tutulmasının ardından Daxili İşlər Nazirliyinin xüsusi açıqlama yayaraq “təxribatların qarşısını alacağını” deməsi, Moskva meri Sergey Sobyaninin sərt reaksiyası, Navalnı komandası üzvləri və müxtəlif bölgələrdə aksiya təşkilatçıları və iştirakçıları arasından saxlananların olması bu narahatlığın ifadəsidir. Ölkənin ən aparıcı media orqanları belə mitinqləri “icazəsiz aksiyalar” kimi şərh edir və hakimiyyətin mövqeyindədir. “Komsomolskaya Pravda” Navalnı tərəfdarlarının uşaqları aksiyalarda ön sıralara düzməsini, Xüsusi Təyinatlı Polis Dəstəsinə qarşı azyaşlılardan canlı sipər kimi istifadə etməsini” tənqid atəşinə tutub. Müxalifət tərəfdarları öz mesajlarını əsasən sosial media üzərindən yayırlar. Dünyanın aparıcı media qurumları müxalifət hərəkatını geniş işıqlandırır. AntiPutin çıxışlara xarici dəstək ifadə olunur. Bununla belə, yerli və bir sıra xarici ekspertlər bu mərhələdə “Navalnı inqilabı”nın, sadəcə, bir məşq olduğunu, Putin üzərində qələbənin belə tezliklə və asan olmayacağını, lakin hakimiyyəti miqyaslı repressiayalara sövq edəcəyini, beləliklə də, anti-Rusiya sanksiyaları üçün daha çox əsaslar yaranacağını iddia edirlər. Yəni istənilən halda indi Rusiyada baş verənlər Putin üçün tələdir. Bizimyol.infoRusiyada gözlənilən aksiyalar artıq başlanıb və davam edir. Federasiyanın bir sıra iri şəhərlərində müxalifət lideri və bloger Aleksey Navalnının tərəfdarları küçələrə çıxıb.