Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - VİDEO, FOTO
"AzerTaym.az" bizimyol.info-ya istinadən xəbər verir ki, onun bütün təzyiqlərə və hədələrə baxmayaraq, Putin rejiminə qarşı getməsi tam yeni situasiya yaradıb. Xarici media artıq Rusiyada inqilab əhvalından danışmağa başlayıb. Ötən ilin avqustunda Navalnıya qarşı uğursuz sui-qəsd cəhdindən sonra o, müalicə üçün Almaniyaya getmişdi. Orada olarkən də müxalifət lideri fəaliyyətini dayandırmadı. Əvvəlcə o, xarici jurnalistlərlə birlikdə apardığı araşdırma nəticəsində ona qarşı qəsdin Kreml tərəfindən sifariş olunmasına dair faktlar ortaya çıxartdı. Daha sonra 2 gün əvvəl, yəni yanvarın 19-da onun sosial şəbəkədə yaydığı video əsl partlayış effekti verdi. Maraqlı olan budur ki, Navalnı hazırda 30 sutkalıq inzibati həbsdədir və məhz hətta bu vəziyyətdə də Putinə meydan oxuyur. Amma ekspertlərin fikrincə, o sənədli filmin əsl effekti hələ bundan sonra hiss olunacaq. Navalnı həmin filmdə Putinin özünə 1 milyard 350 milyon dollar dəyərində saray tikdirməsindən danışır. Sənədli filmdə lazımi dəlillərlə göstərilir ki, Putin Qara dəniz sahilində yerləşən Gəlincik şəhərində özünə nəhəng bir saray tikdirir. Elə bir saray ki, ona baxanda Rusiya çarları da paxıllıqdan rəngini udardı. Navalnının yaydığı filmdə sarayın tikinti planı da açıqlanıb. Həmçinin sarayın görüntüləri də filmdə yer alıb. "Prezident üçün saray" adlı film artıq Rusiyada anti-Putin əhvalını xeyli gücləndirib və hələ də effekti davam edir. Film təkcə Navalnının sosial şəbəkə kanalında cəmi iki günə 43 milyondan çox baxış toplayıb. Üstəlik, film başqa kanallarda da yayımlanıb və beləliklə, ümumilikdə, Rusiyada bu filmə baxmayan qalmayıb. Rusiyada bu mövzularda videolara hələ bui dərəcədə böyük maraq göstərilməmişdi. "Bu video sensasiyadır. Navalnı bu filmi Almaniyada müalicə olunduğu vaxt çəkib. Filmin "qəhrəmanı" Putindir. "Prezident üçün saray" filmində Navalnı dövlət başçısının özünə Qara dəniz sahilində 1,35 milyard dollar müqabilində şəxsi saray tikdirdiyini bəyan edib. O, sənədlər, fotoşəkillər və hətta tikindi planını da təqdim edib. Mülk Gəlincik şəhəri yaxınlığında mənzərəli bir yüksəklikdə yerləşir ",- deyə "Schweizer Radio und Fernsehen" nəşri yazır. Navalnı bu faktı ən böyük korrupsiya əməli adlandırıb. Amma gözlənildiyi ki, hökumət bunları təkzib edib: "Kreml ittihamları rədd edir. Bununla birlikdə, film yavaş-yavaş partlayan bir bomba təsiri bağışlayıb. İnsanlar düşünürlər ki, bir adama qarşı nə qədər təzyiq etsələr də, ölkənin ən qüdrətli adamına müydan oxuyur. Bu cür davranış ruslara təsir edir və nəticədə qəhrəman obrazı yaranır. Bir şey qəti aydındır: Navalnı bu filmlə Putinə açıq savaş elan edib. Filmin məqsədi xalqın qəzəbini, qətiyyətini, cəsarətini alovlandırmaq məqsədi daşıyır və buna da nail olur". Xarici ekspertlərin fikrincə, bu film Putinin sonunun başlanğıcı olacaq. Kreml ümid edirdi ki, Navalnı Almaniyadan qayıtmayacaq və onu "qorxaq" adlandıraraq gözdən salacaqlar. Amma Navalnı qayıtdı və hətta qayıtmazdan əvvəl dedi ki, çatan kimi həbs olunacağımı bilirəm. Elə də oldu: Navalnı qayıdan kimi 30 sutka inzibati qaydada azadlıqdan məhrum edildi. Amma o, hətta oradan da mübarizə mesajları verir.
Rusiya müxalifətinin getdikcə daha çox populyarlıq qazanan siması Aleksey Navalnı ölkə prezidenti Vladimir Putin üçün açıq-aşkar başağrısına çevrilib. Onun 2 gün əvvəl yaydığı video isə, xarici medianın fikrincə, Rusiya prezidentinin axırına çıxacaq.