Müxalifət lideri Putini məhkəməyə verdi

Rusiyalı siyasətçi, müxalifətin əsas lideri hesab olunan Aleksey Navalnı prezident Vladimir Putini məhkəməyə verib. O, Putini korrupsiyaya qarşı federal qanunu pozmaqda ittiham edir.

 AzerTaym.az BBC-yə istinadən bildirir ki, bu barədə müxalifətçi özünün bloqunda yazıb. Navalnının sözlərinə görə, Putin 2015-ci ilin oktyabrında Milli Rifah Fondundan “Sibir” neft-kimya holdinqinə 1 milyard 750 milyon dollar ayırıb.

Məlumatlara görə, bu holdinqin səhmdarlarından biri Putinin qızı olduğu güman edilən Katerina Tixinovanın həyat yoldaşı Kiril Şamanovdur.

Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, prezident Navalnı tərəfindən qaldırılan iddiadan xəbərsizdir.






Fikirlər