Putini qəzəbləndirəcək qərar
Amerika Birləşmiş Ştatları Ukrayna iqtisadiyyatına dəstək olmaq məqsədilə bu ölkəyə 2 milyard dollar məbləğində borc verəcək. Lakin bunun üçün rəsmi Kiyev bəzi maliyyə islahatları keçirməlidir.
Ans-in məlumatına görə, Ağ Evin mətbuat katibi Coş Örnst bu barədə açıqlama verib.
Coş Örnst: “Hökumət Ukrayna xalqına borc verməyə hazırdır. Biz Ukrayna iqtisadiyyatının qarşıılaşdığı çətinliklər barədə dələfələrlə müzakirə aparmışıq. Prezident artıq bu ölkəyə kömək etmək üçün münasibət vaxtın yetişdiyini düşünür”
“Borc məsələsinə gəlincə isə, diqqətinizi maliyyə nazirliyinin bugünkü bəyanatına çəkmək istəyirəm. 2015-ci ilin ilk yarısında Ukraynaya bir milyard dollar verməyi nəzərdə tuturuq. Ukrayna iqtisadi islahatları davam etdirəcəyi təqdirdə isə, daha bir milyard dolların da bu ölkəyə köçürülməsi mümkündür”
Ağ Evin qərarın Konqresdə də öz təsdiqini tapmalıdır. Qərara qarşı müxalif olan qanunvericilər isə, azlıq təşkil edir.
Bir qədər əvvəl Avropa Birliyi də Ukraynaya 2.1 milyard dollar məbləğində maliyyə vəsaiti göstərəcəyinə vəd vermişdi.