14.05.2014. - "Putini Miloşeviçin taleyi gözləyir"-Saakaşvili

14.05.2014. - "Putini Miloşeviçin taleyi gözləyir"-Saakaşvili"Rusiya prezidenti Vladimir Putini Yuqoslaviyanın sabiq prezidenti Slobodan Miloşeviçin taleyi gözləyir".

Bu sözləri Dneprepetrovskda səfərdə olan Gürcüstanın eks prezidenti Mixail Saakaşvili deyib. O, öz çıxışında Rusiyanın xarici siyasəti haqqında mülahizələr yürüdüb.

“Putin Miloşeviçin ssenarisi üzrə hərəkət edir. Miloşeviç Bosniyanın “boynunu sındırdı”. Putinin də axırı Miloşeviçin sonu kimi olacaq", - deyən Saakaşvili belə hesab edir ki, Putinin Rusiya daxilindəki məşhurluğundan başı gicəllənir.

"Putin özünün 80 faizlik reytinqi ilə qürrələnir, lakin bu, narkotikdir. Sabiq prezident kimi, mən yaxşı bilirəm ki, sən o reytinqi saxlamaq üçün nələr edirsən və çoxlu səhvlər buraxırsan”, - Saakaşvili belə deyib. Ukraynanın bu günkü mənzərəsinə aydınlıq gətirən Mixail Saakaşvilinin fikrincə, əgər Ukrayna müasir ordu yaradarsa, o zaman təcavüzkarlardan xilas ola bilər. Əsas odur ki, Ukraynanı Bosnyaya döndərmək olmaz.

Dneprepetrovskda ukraynalı vətənpərvərlərlə görüşdə olan Saakaşvili separatçılarla mübarizə reseptini də onlarla bölüşüb. O deyib ki, separatçılarla mübarizə üçün ilk növbədə əhali ilə dil tapmalı və problemli regionlara maliyyə dəstəyi edilməlidir.
/ANS/






Fikirlər