12.03.2014. - Çexlər Putini Hitler kimi təqdim etdi - (Fotolar)

12.03.2014. -  Çexlər Putini Hitler kimi təqdim etdi - (Fotolar)Çexiyanın Liberets şəhər ratuşasının (meriya) binasından, bu ölkəyə 1968-ci il rus-sovet təcavüzünün 9 qurbanına ucaldılmış abidə ilə üzbəüzdə Rusiya prezidenti Putinin şəkli olan nəhəng banner asılıb.

Virtualaz.org saytı aktualne.cz portalına istinadən xəbər verir ki, Putin həmin bannerdə faşizmin banisi Adolf Hitler obrazında təsvir olunub.

Banner “Kommunistsizləşmə” (“Dekomunizace”) adlı ictimai təşkilatın fəalları tərəfindən hazırlanıb və ratuşa binasının divarından asılıb. Buna isə şəhər meriyası rəsmən icazə verib.

Təşkilatın fəalları bildiriblər ki, onların məqsədi Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək, habelə Çexiya, Avropa İttifaqı, NATO ölkələrinin diqqətini Krımın ruslar tərəfindən işğalı faktına cəlb etməkdən ibarətdir.

12.03.2014. -  Çexlər Putini Hitler kimi təqdim etdi - (Fotolar)

Amma “Putin Hitlerdir!” məzmunlu banner meriya binasının divarında çox qalmayıb. Çexiya polisi bu barədə məlumat alan kimi aksiyanın təfərrüatlarını dəqiqləşdirməyə başlayıblar. İşə məhkəmədə baxılıb. Yerli məhkəmə orqanları isə bannerin oradan götürülməsi barədə qərar verib və tövsiyə edib ki, qərar iş gününün sonuna qədər icra olunmalıdır.






Fikirlər