Əsas Səhifə > Dünya > Rusiyada Ukrayna ilə savaşa qarşı aksiyalar başladı...
Rusiyada Ukrayna ilə savaşa qarşı aksiyalar başladı...24-02-2022, 01:20 |
Bütün Rusiya boyu insanlar Ukrayna ilə müharibəyə qarşı piketlər keçirirlər.
Moderator.az xəbər verir ki, Rusiyanın müstəqil insan haqları mediası "OVD-İnfo" media-layihəsinə görə, bir çox şəhərlərdə ruslar küçələrdə dayanır və üzərində Kremldən yeganə tələb yazılmış plakatlar olur. İnsanlar müharibəni dayandırmağı xahiş edirlər.
![]() Piketlər həmişə dinc keçmir. Nijni Novqorodda isə müharibə əleyhinə keçirilən piketlərdə Valeriya Podnebesnaya, Tatyana Arşinova və hüquq müdafiəçisi Stanislav Dmitrievski saxlanılıb.
Fevralın 23-də Moskvada polis Ukraynada müharibə əleyhinə piketlərə çıxan 6 fəalı saxlayıb. Onların bəziləri tək piketlərdə, bəziləri isə, sadəcə, meydanda olub. Fəallar polis şöbəsinə aparılıb.
Sultan Laçın
Geri qayıt |