Rusiyada Ukrayna ilə savaşa qarşı aksiyalar başladı... - Həbs edilənlər var... -FOTOLAR

Rusiyada Ukrayna ilə savaşa qarşı aksiyalar başladı...-Həbs edilənlər var...-FOTOLAR

Bütün Rusiya boyu insanlar Ukrayna ilə müharibəyə qarşı piketlər keçirirlər. 
 
Moderator.az xəbər verir ki, Rusiyanın müstəqil insan haqları mediası "OVD-İnfo"  media-layihəsinə görə, bir çox şəhərlərdə ruslar küçələrdə dayanır və üzərində Kremldən yeganə tələb yazılmış plakatlar olur. İnsanlar müharibəni dayandırmağı xahiş edirlər.
Piketlər həmişə dinc keçmir. Nijni Novqorodda isə müharibə əleyhinə keçirilən piketlərdə Valeriya Podnebesnaya, Tatyana Arşinova və hüquq müdafiəçisi Stanislav Dmitrievski saxlanılıb.
 
Fevralın 23-də Moskvada polis Ukraynada müharibə əleyhinə piketlərə çıxan 6 fəalı saxlayıb. Onların bəziləri tək piketlərdə, bəziləri isə, sadəcə, meydanda olub. Fəallar polis şöbəsinə aparılıb.
 
Sultan Laçın






Fikirlər