Əsas Səhifə > Dünya > Tramp: “Bayden

Tramp: “Bayden


1-08-2022, 13:48

Tramp: “Bayden kəmağıldır“

"Bayden koronavirusdan deyil, kəmağıllıqdan əziyyət çəkir".

 

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

2024-cü il prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdıran Tramp “Truth” kimi tanınan öz sosial şəbəkəsində Co Caydenə istehza edib.

"Bayden bəzən "Çin virusu" adlandırılan Covid-19-a yoluxması, təəssüf ki, həkimlərin səhv diaqnozdur. Onun demensiyası var, amma şükürlər olsun ki, sağalıb.

Daha sonra keçmiş prezident əlavə edib: "Co Viskonsin ştatındakı gözəl qocalar evlərindən birinə köçməyi düşünür..."

Sonda 76 yaşlı Tramp rəqibinə və varisinə deyib: "Tez sağal, Co!"


Geri qayıt