Tramp: “Bayden kəmağıldır“
"Bayden koronavirusdan deyil, kəmağıllıqdan əziyyət çəkir". Yenisabah.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. 2024-cü il prezident seçkilərində yenidən namizədliyini irəli sürməyi planlaşdıran Tramp “Truth” kimi tanınan öz sosial şəbəkəsində Co Caydenə istehza edib. "Bayden bəzən "Çin virusu" adlandırılan Covid-19-a yoluxması, təəssüf ki, həkimlərin səhv diaqnozdur. Onun demensiyası var, amma şükürlər olsun ki, sağalıb. Daha sonra keçmiş prezident əlavə edib: "Co Viskonsin ştatındakı gözəl qocalar evlərindən birinə köçməyi düşünür..." Sonda 76 yaşlı Tramp rəqibinə və varisinə deyib: "Tez sağal, Co!"