BAYDEN: “Tramp rəqibim olsa, daha asan qalib gələrəm”
ABŞ prezidenti Co Bayden bəyan edib ki, 2024-cü il seçkilərində Donaldın Trampın iştirakı onun şansını xeyli artıra bilər. Yenisabah.az xəbər evrir ki, “ABC” telakanalına müsahibə verən Birləşmiş Ştatların prezidenti Co Bayden jurnalistin növbəti prezident seçkilərində iştirakı ilə bağlı sualını belə cavablandırıb: “Açığını deyim ki, hər şey sağlamlıq vəziyyətimdən asılı olacaq. Əgər səhhətim indiki səviyyədə olarsa, onda seçkilərdə iştirak edəcəyəm”. Jurnalist Baydendən seçkilərdə yenidən Donald Trampla rəqib ola biləcəyinə necə yanaşacağını soruşub. Suala cavab olaraq Bayden bunları deyib: “Donald Trampla rəqabətdən niyə çəkinməliyəm ki? Əslində bu, mənim seçkidə prezidentliyə namizəd kimi iştirak etmək və qalib gəlmək şansımı daha da artıracaq”. (reyting.az) Xatırladaq ki, ABŞ-ın 79 yaşlı lideri iki il əvvəl Respublikaçılar Partiyasının namizədi kimi prezident seçkilərində qalib gəlib.