Əsas Səhifə > Dünya > Səudiyyə 25 il sonra bu ölkədə

Səudiyyə 25 il sonra bu ölkədə


2-01-2016, 10:20

 

Səudiyyə Ərəbistanı 25 il sonra İraqda səfirliyini açıb.

Açılış mərasimində İraqın bir sıra rəsmi şəxsləri iştirak ediblər.

Məlumatda bildirilir ki, artıq səfir Tamer əs-Sabhan səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı.

Bağdadla ər-Riyad arasında münasibətlər Heydər əl-Abadinin 2014-cü ilin avqustunda İraq rəhbərliyinə gəlişindən sonra başlayıb.


Geri qayıt