Səudiyyə 25 il sonra bu ölkədə səfirliyini açır
Səudiyyə Ərəbistanı 25 il sonra İraqda səfirliyini açıb. Açılış mərasimində İraqın bir sıra rəsmi şəxsləri iştirak ediblər. Məlumatda bildirilir ki, artıq səfir Tamer əs-Sabhan səlahiyyətlərinin icrasına başlayıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı Bağdadda diplomatik nümayəndəliyini 1990-cı ildə, İraqın Küveytə hücumundan sonra bağlamışdı. Bağdadla ər-Riyad arasında münasibətlər Heydər əl-Abadinin 2014-cü ilin avqustunda İraq rəhbərliyinə gəlişindən sonra başlayıb.