Əsas Səhifə > Dünya > Vaşinqtonda sonuncu NÜVƏ Təhlükəsizliyi

Vaşinqtonda sonuncu NÜVƏ Təhlükəsizliyi


31-03-2016, 08:10

Bu dəfə sammitə 50-yə yaxın nümayəndə heyəti qatılacaq

Bu gün Vaşinqtonda Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit öz işinə başlayır.

"Report" xəbər verir ki, o, ABŞ prezidenti Barak Obamanın vaxtikən təşəbbüs göstərdiyi bu qəbildən olan forumlar sırasında dördüncü və sonuncu olacaq.

Amerika lideri yüksək səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas nailiyyətlərindən biri hesab edir. Sammit bunadək Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib. Bu dəfə isə Amerika paytaxtına təqribən 50-yə yaxın nümayəndə heyəti gələcək. Onların əksəriyyətinə prezidentlər və ya baş nazirlər rəhbərlik edirlər.

Martın 30-da Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün ABŞ-a səfərə gedib.


Geri qayıt