Vaşinqtonda sonuncu NÜVƏ Təhlükəsizliyi SAMMİTİ öz işinə başlayır
Bu gün Vaşinqtonda Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Sammit öz işinə başlayır. "Report" xəbər verir ki, o, ABŞ prezidenti Barak Obamanın vaxtikən təşəbbüs göstərdiyi bu qəbildən olan forumlar sırasında dördüncü və sonuncu olacaq. Amerika lideri yüksək səviyyədə keçirilən bu kimi görüşlərin təşkilini xarici siyasətdə əsas nailiyyətlərindən biri hesab edir. Sammit bunadək Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib. Bu dəfə isə Amerika paytaxtına təqribən 50-yə yaxın nümayəndə heyəti gələcək. Onların əksəriyyətinə prezidentlər və ya baş nazirlər rəhbərlik edirlər. Martın 30-da Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün ABŞ-a səfərə gedib.