Əsas Səhifə > Əsas xəbərlər > Nəcməddin Sadıqov Brüsselə getdi:

Nəcməddin Sadıqov Brüsselə getdi:


17-05-2016, 13:25

necmeddinAzərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib. 


Geri qayıt