Nəcməddin Sadıqov Brüsselə getdi: Baş qərargah rəisləri NATO-ya toplaşır
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib.