NƏCMƏDDİN SADIQOV YOLA SALINIR? – Müdafiə Nazirliyindən rəsmi münasibət
Bu gün bəzi saytlarda və sosial şəbəkələrdə Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vəzifəsindən kənarlaşdırıldığı xəbəri yayılıb. Məsələ ilə bağlı Modern.az saytı Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı deyib ki, yayılan məlumatlar tamamilə yalan və əsassızdır: Nəcməddin Sadıkov 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib.
“Bu barədə qeyri-ciddi saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlar tamamilə yalandır, şayiədir və heç bir əsası yoxdur”
Qurum rəsmisi bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama da yayılacaq:
“Belə əsaslandırılmamış məlumatlara inanmayın. Məsələ ilə bağlı rəsmi açıqlama da yayacağıq”.
2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib.