Müdafiə nazirinin yeni sözçüsü kimdir?

Müdafiə nazirinin yeni sözçüsü kimdir?Azertaym.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlının tərcümeyi-halının bəzi məqamları açıqlanıb.
Saytda yerləşdirilən məlumatda bildirilir ki, Vaqif Dərgahlı 1969-cu ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə Lvov (Ukrayna) Ali Hərbi-Siyasi Məktəbinin hərbi-jurnalistika fakültəsini bitirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdədir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Elmi Mərkəzdə, İnformasiya İdarəsində, Müdafiə nazirinin Katibliyində müxtəlif vəzifələrdə xidmət edib.
2013-cü il dekabr ayının 31-dən Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Resbublikasının müharibə və Silahlı Qüvvələr veteranıdır.






Fikirlər