Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gələcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.