Əsas Səhifə > Əsas xəbərlər > Bakıda yaşayanlar rayondakılardan kasıbdır? –
Bakıda yaşayanlar rayondakılardan kasıbdır? –27-10-2016, 12:40 |
Azərbaycanda ən çox ünvanlı sosial yardım alanlar Lənkəran rayonundadır. Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytına istinadən xəbər verir ki, bu rayonda 3 089 ailə yardım alır. Siyahıda ikinci region Sumqayıtdır- 3 079 nəfər. Üçüncü yerdə olan Masallıda isə 3006 ailə ünvanlı sosail yardım təyin edilib. Məcburi köçkünlərin sayı daha azdır Ölkədə ən az yardım verilən rayon Xocalıdır. Bu rayonda cəmi 43 ailəyə sosial yardım təyin edilib. Ümumiyyətlə, siyahıda işğal altında olan rayonlardan olan vətəndaşların sayı digərləri ilə müqayisədə çox azdır. Adi rayonlara gəlincə, ən az sosial yardım Naftalandakı ailələrə verilir – burada cəmi 108 ailə sosial yardım alır. Xızıda cəmi 191, Ağstafada 349, Oğuzda cəmi 380 ailə yardım alır.
Bakının rayonlarına gəlincə, ünvanlı yardım barədə məlumatlar göstərir ki, paytaxtda ən yaxşı yaşayanlar Səbail rayonunun sakinləridir. Bu rayonda cəmi 255 ailə sosial yardım alır. Müqayisə üçün bildirək ki, Suraxanı və Binəqədidə yardım alan ailələrin sayı 1800-1900 arasındadır. Ümumilikdə isə Bakıda ən kasıb ailələr Xəzər rayonundadır – bu rayonda yardım alan ailələrin sayı 3 min nəfərdir. Binəqədi – 1 964 ailə
Ən maraqlısı odur ki, Bakının bəzi rayonlarda yardım alanların sayı, bölgələrdən artıqdır. Belə ki, qeyd edildiyi kimi, Xızıda cəmi 191 ailə, Ağstafada 349 ailə, Oğuzda 380 ailə, Qobustanda 495 ailə, İsmayıllıda 656 ailə, Zərdabda 688 ailə, Hacıqabulda 714 ailə, Qaxda 750 ailə yardım alır. Baxmayaraq ki, ünvanlı yardım alınması üçün ehtiyac meyarı bütün ölkə üçün eynidir və 105 manat təşkil edir. Müşahidələr göstərir ki, bölgələrdə yardım alanların sayını azlığının əsas səbəbi yardım üçün tətbiq olunan müxtəlif standartlar və mövcud olan problemlərdir. Məsələ bundadır ki, torpaq sahəsinin olması ünvanlı sosial yardımdan imtina üçün əsasdır- bölgələrdə isə əksəriyyətin pay torpağı var. Ona görə də bu amil ünvanlı sosial yardımla bağlı müraciətləri azaldır. Digər tərəfdən, yeni qaydalara görə, ünvanlı yardımla bağlı müraciətlər yalnız elektron şəkildə edilməlidir. Deməli, yardım üçün müraciət etmək üçün kompüter və internetin olması tələb olunur. Bölgələrdə, xüsusilə kəndlərdə isə bu imkanlar çox məhduddur. Bütün bunlır ünvanlı yarlım üçün bölgələrdən edilən müraciətləri və yardım alan ailələrin sayını azaldır. Abşeron – 1656 ailə Hər rayondan ünvanlı sosial yardım alan ailələrin adları və vəsaitin məbləğlərı ilə bu linkdən tanış ola bilərsiz. http://www.mlspp.gov.az/az/pages/6/251
Geri qayıt |