Bakıda yaşayanlar rayondakılardan kasıbdır? – Ünvanlı yardım siyahısı

sosial yardim

Azərbaycanda ən çox ünvanlı sosial yardım alanlar Lənkəran rayonundadır. Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) saytına istinadən xəbər verir ki, bu rayonda 3 089 ailə yardım alır.

Siyahıda ikinci region Sumqayıtdır- 3 079 nəfər. Üçüncü yerdə olan Masallıda isə 3006 ailə ünvanlı sosail yardım təyin edilib.

Məcburi köçkünlərin sayı daha azdır

Ölkədə ən az yardım verilən rayon Xocalıdır. Bu rayonda cəmi 43 ailəyə sosial yardım təyin edilib. Ümumiyyətlə, siyahıda işğal altında olan rayonlardan olan vətəndaşların sayı digərləri ilə müqayisədə çox azdır. Adi rayonlara gəlincə, ən az sosial yardım Naftalandakı ailələrə verilir – burada cəmi 108 ailə sosial yardım alır. Xızıda cəmi 191, Ağstafada 349, Oğuzda cəmi 380 ailə yardım alır.

Bakının ən kasıb və ən varlı rayonları

Bakının rayonlarına gəlincə, ünvanlı yardım barədə məlumatlar göstərir ki, paytaxtda ən yaxşı yaşayanlar Səbail rayonunun sakinləridir. Bu rayonda cəmi 255 ailə sosial yardım alır. Müqayisə üçün bildirək ki, Suraxanı və Binəqədidə yardım alan ailələrin sayı 1800-1900 arasındadır. Ümumilikdə isə Bakıda ən kasıb ailələr Xəzər rayonundadır – bu rayonda yardım alan ailələrin sayı 3 min nəfərdir.

Binəqədi – 1 964 ailə
Xətai- 1 633 ailə
Xəzər – 2 926 ailə
Qaradağ – 982 ailə
Nərimanov – 1 156 ailə
Nəsimi – 802 ailə
Nizami- 1 016 ailə
Sabunçu – 1810 ailə
Səbail – 255 ailə
Suraxanı – 1 738 ailə
Yasamal – 1 379 ailə

Bakıda yaşayanlar rayondakılardan kasıbdır?

Ən maraqlısı odur ki, Bakının bəzi rayonlarda yardım alanların sayı, bölgələrdən artıqdır. Belə ki, qeyd edildiyi kimi, Xızıda cəmi 191 ailə, Ağstafada 349 ailə, Oğuzda 380 ailə, Qobustanda 495 ailə, İsmayıllıda 656 ailə, Zərdabda 688 ailə, Hacıqabulda 714 ailə, Qaxda 750 ailə yardım alır. Baxmayaraq ki, ünvanlı yardım alınması üçün ehtiyac meyarı bütün ölkə üçün eynidir və 105 manat təşkil edir.

Müşahidələr göstərir ki, bölgələrdə yardım alanların sayını azlığının əsas səbəbi yardım üçün tətbiq olunan müxtəlif standartlar və mövcud olan problemlərdir. Məsələ bundadır ki, torpaq sahəsinin olması ünvanlı sosial yardımdan imtina üçün əsasdır- bölgələrdə isə əksəriyyətin pay torpağı var. Ona görə də bu amil ünvanlı sosial yardımla bağlı müraciətləri azaldır. Digər tərəfdən, yeni qaydalara görə, ünvanlı yardımla bağlı müraciətlər yalnız elektron şəkildə edilməlidir. Deməli, yardım üçün müraciət etmək üçün kompüter və internetin olması tələb olunur. Bölgələrdə, xüsusilə kəndlərdə isə bu imkanlar çox məhduddur. Bütün bunlır ünvanlı yarlım üçün bölgələrdən edilən müraciətləri və yardım alan ailələrin sayını azaldır.
Fins.az ünvanlı sosial yardım alan vətəndaşların rayonlar üzrə sayını sizə təqdim edir.

Abşeron – 1656 ailə
Ağcabədi – 1 523 ailə
Agdam – 1 647 ailə
Ağdaş – 1 380 ailə
Ağstafa -349 ailə
Ağsu – 1 135 ailə
Astara – 2 510 ailə
Balakən – 1 101 ailə
Beyləqan – 1 767 ailə
Bərdə – 2 127 ailə
Biləsuvar – 2154 ailə
Binəqədi – 1 964 ailə
Cəbrayıl – 186 ailə
Cəlilabad – 2 746 ailə
Daşkəsən – 869 ailə
Füzuli – 465 ailə
Gədəbəy – 1 297 ailə
Gəncə – 2 668 ailə
Goranboy – 1 732 ailə
Göyçay -1 133 ailə
Göygöl – 1 083 ailə
Hacıqabul – 741 ailə
Xaçmaz – 2 202 ailə
Xətai- 1 633 ailə
Xəzər – 2 926 ailə
Xızı – 191 ailə
Xocalı – 43 ailə
Xocavənd – 117 ailə
İmişli- 1282 ailə
İsmayıllı – 656 ailə
Kəlbəcər -320 ailə
Kürdəmir – 1 574 ailə
Qax – 750 ailə
Qaradağ – 982 ailə
Qazax – 1 267 ailə
Qəbələ – 781 ailə
Qobustan – 495 ailə
Quba – 2 026 ailə
Qubadlı – 279 ailə
Qusar- 1 335 ailə
Laçın- 516 ailə
Lerik- 825 ailə
Lənkəran – 3 089 ailə
Masallı – 3 006 ailə
Mingəçevir – 1 128 ailə
Naftalan – 108 ailə
Neftçala- 956 ailə
Nərimanov – 1 15 6 ailə
Nəsimi – 802 ailə
Nizami- 1 016 ailə
Oğuz -380 ailə
Saatlı – 1 608 ailə
Sabirabad – 1 748 ailə
Sabunçu – 1810 ailə
Salyan – 1792 ailə
Samux – 762 ailə
Səbail – 255 ailə
Siyəzən – 568 ailə
Sumqayıt – 3 079 ailə
Suraxanı – 1 738 ailə
Şabran – 993 ailə
Şamaxı – 1 261 ailə
Şəki – 2 154 ailə
Şirvan – 877 ailə
Şəmkir- 2653 ailə
Şuşa- 283 ailə
Tərtər- 1 005 ailə
Tovuz – 2 436 ailə
Ucar- 1 149 ailə
Yardımlı – 1 591 ailə
Yasamal – 1 379 ailə
Yevlax – 1 728 ailə
Zaqatala – 1 791 ailə
Zəngilan – 231 ailə
Zərdab – 688 ailə

Hər rayondan ünvanlı sosial yardım alan ailələrin adları və vəsaitin məbləğlərı ilə bu linkdən tanış ola bilərsiz.

http://www.mlspp.gov.az/az/pages/6/251
Yeri gəlmişkən, əgər siyahıda sosial yardım almasını ədalətli hesab etmədiyiniz ailələr varsa, yəni hesab edirsinizsə ki, həmin ailəyə sosial yardım düşmür, bu barədə ƏƏSMN-nə məlumat verə bilərsiz.

 






Fikirlər