Əsas Səhifə > Əsas xəbərlər > Nazirlik: "20 nəfər əvvəlki işinə

Nazirlik: "20 nəfər əvvəlki işinə


25-11-2016, 19:46

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə nazirlikdən Moderator.az-a bildirilib. 
Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından, 3,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Məlumata görə, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.

Geri qayıt