Nazirlik: "20 nəfər əvvəlki işinə bərpa edildi"
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə nazirlikdən Moderator.az-a bildirilib.
Həmin məbləğin 94,6%-i gecikdirilmiş əmək haqlarından, 3,2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Məlumata görə, yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.