3 May Türkçülük Günü: Tarixi davadan milli dirçəlişə aparan YOL...
Bu gün – 3 may, Türk dünyasında milliyyətçi düşüncənin təməl sütunlarından biri kimi qəbul edilən Türkçülük Günüdür. Tarixi dərinliklərə malik olan bu gün, yalnız bir siyasi anım deyil, milli kimliyin, Türk ruhunun və ideoloji fədakarlığın simvoludur. Tarixin yaddaşında: 1944-cü il 3 may Türkçülük Gününün əsası 1944-cü ilin 3 mayında, Ankara Məhkəməsinin qarşısında keçirilən nümayişlə qoyuldu. Bu nümayiş Hüseyin Nihal Atsız ilə yazar Sabahattin Ali arasındakı məhkəmə prosesi çərçivəsində baş vermişdi. Həmin nümayiş, sonradan tarixə Irkçılık-Turancılık Davası kimi düşən geniş repressiv kampaniyanın başlanğıc nöqtəsinə çevrildi. Bu səs-küylü məhkəmə 7 sentyabr 1944-cü ildə rəsmi şəkildə başlayıb, 29 mart 1945-ci ilə qədər davam etdi. Toplam 65 məhkəmə iclası zamanı 23 tanınmış Türkçü şəxs yargılandı. Onların arasında: • Zeki Velidi Togan Bu məhkəmə Türkçülük ideologiyasına qarşı yönəlmiş siyasi hücumun təzahürü kimi yadda qaldı. 3 Mayın doğuşu: Tophane həbsxanasında ilk qeyd İlk Türkçülük Günü 1945-ci ildə Tophane Hərbi Həbsxanasında Hüseyin Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla 10 məhkum tərəfindən qeyd edildi. Bu anım, illər sonra bütün Türk dünyasında geniş şəkildə anılan milli günə çevrildi. Bu gün: Bayraq əldən yerə düşmür Hazırda 3 May Türkçülük Günü başda Türk Ocaqları, milliyyətçi siyasi qurumlar, gənclik təşkilatları və çoxsaylı Türk vətəndaşları tərəfindən sosial media və real tədbirlərlə qeyd olunur. Bu gün Türk millətçiliyinin keçmişdə hansı çətinliklərdən keçdiyini, amma ruhən və ideoloji olaraq necə yaşadığını göstərən mühüm bir tarixdir. 3 Mayın ruhunu ifadə edən çağırışlar: • “Taş qırılır, tunç əriyir, amma Türklük əbədidir!” • “Türkçülük elə şərəfli bir bayraqdır ki, onu vətənin hər küncündə dalğalandırmaq hər Türkün borcudur.” • “Türk dövlətinin zindəliyinin təməli – milli ruhlu Türk gəncliyidir!” Nəticə əvəzi: Anım yoxsa oyadıcı çağırış? Musavat.com-un təhlilinə görə, 3 May yalnız bir anım günü deyil – o, Türk kimliyinə bağlılığın, ana dilinə, tarixə, mədəniyyətə sədaqətin və ideoloji fədakarlığın günüdür. O gün tribunada deyil, xalqın ruhunda doğan bir gündür.
• Hüseyin Nihal Atsız
• Alparslan Türkeş
• Reha Oğuz Türkkan
• Nejdet Sançar
• Cihat Savaşfer
• Fethi Tevetoğlu
• Cebbar Şenel
• Cemal Oğuz Öcal
kimi böyük adlar vardı.