“Bu, münasibətlərdə yeni başlanğıcdır” - İran vitse-prezidenti ...
"Münasibətlərdə yeni başlanğıc". AzerTaym.az xəbər verir ki, bunu X sosial şəbəkəsindəki hesabında İranın siyasi məsələlər üzrə vitse-prezidenti Mehdi Sənai yazıb. O, prezident Məsud Pezeşkianın Bakıya səfərinin birgünlük olduğunu xatırladaraq intensiv xarakter daşıdığını bildirib. Sənainin sözlərinə görə, rəsmi təmaslar, sənədlərin imzalanması, prezidentlərin iştirak etdiyi işgüzar konfransdan başqa Pezeşkian bakıda yaşayan iranlılarla və iş adamları ilə də görüşlər keçirəcək.