İRAN PREZİDENTİNİN Azərbaycana səfərinin PROQRAMI AÇIQLANIB

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb.

"Report" xəbər verir ki, H.Ruhanin səfəri bu il martın 28-nə planlaşdırılıb.

Səfər zamanı İran prezidendi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun həmçinin Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənilir.

Bir sıra ikitərərfli sənədlərin imzalanması da nəzərdə tutulur.






Fikirlər